Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib

Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
DÜNYA
12:35 07.06.2025
445
Yaponiya ABŞ nümayəndələri ilə Yaponiya iqtisadiyyatına zərər vuran tariflərin ləğvi istiqamətində aparılan ticarət danışıqlarının beşinci raundunda müəyyən irəliləyişə nail olub.

Bu barədə Tokionun tariflər üzrə baş danışıqçısı Ryosey Akadzava bildirib.

"Avtomobillərə, avtomobil ehtiyat hissələrinə, polad və alüminiuma artıq tariflər tətbiq edilib. Onların bəziləri ikiqat artıb. Bu, Yaponiya iqtisadiyyatına gündəlik zərər verir", - R.Akadzava ABŞ maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutnik də daxil olmaqla rəsmi şəxslərlə danışıqlardan sonra bildirib.

"Reuters”in məlumatına görə, R.Akadzava danışıqlar prosesində konkret uğurlar barədə məlumat verməkdən imtina edib.
 
///report
OXŞAR XƏBƏRLƏR