Yaponiya Baş naziri Kim Çen Inla görüşməyə hazırdır

Yaponiya Baş naziri Kim Çen Inla görüşməyə hazırdır
DÜNYA
18:32 13.09.2023
256
Yaponiya Baş naziri Fumido Kişida Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşmək üçün səylərini davam etdirəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin rəhbəri hökumətdə və hakim Liberal Demokrat Partiyasının rəhbərliyində dəyişikliklərdən sonra Tokioda keçirilən mətbuat konfransında deyib.

Kişida bu mövzuda hər hansı irəliləyiş əldə edib-etməməsi ilə bağlı şərh verməyib: "Biz müxtəlif kanallar vasitəsilə daim səylərimi davam etdiririk”.

Kişida dəfələrlə Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni həll etmək üçün Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Şimali Koreyanın kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən həssas mövzulardan biridir.

Rəsmi Pxenyan 13 Yaponiya vətəndaşının qaçırıldığını ötən il ilk dəfə etiraf etdi və onlardan beşinin ölkələrinə qayıtmasına icazə verdi. Digərlərinin öldüyü bildirilib, meyitlərinin qalıqları yaxınlarına göndərilib, lakin qalıqların oğurlanan şəxslərə məxsus olmasını təsdiqləmək mümkün olmayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR