Yaponiya erkən seçkilərə gedir

Yaponiya erkən seçkilərə gedir
DÜNYA
14:31 19.01.2026
290
Yaponiyanın Baş naziri Takaiçi Sanae Nümayəndələr Palatasının yanvarın 23-də erkən ümumi seçkilər məqsədilə buraxılacağını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Takaiçi mətbuat konfransında erkən seçkilərlə bağlı açıqlamalar verib.

Baş nazir planlaşdırılan növbədənkənar seçkilər üçün Nümayəndələr Palatasının yanvarın 23-də buraxılacağını bildirib.

2025-ci ilin oktyabrında Yaponiyanın ilk qadın baş naziri vəzifəsinə başlayan Takaiçi bu qərarla "baş nazir postunu riskə atdığını və vəzifədə qalıb-qalmaması ilə bağlı son qərarı seçicilərin verməsini istədiyini” vurğulayıb.

Hakim partiyanın rəsmilərinin sözlərinə görə, seçki kampaniyasının yanvarın 27-də başlaması, səsvermənin isə fevralın 8-də keçirilməsi gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR