Yaponiya kosmosa müşahidə peyki daşıyan H2A raketini buraxdı

DÜNYA
14:03 26.09.2024
131
Yaponiya yerüstü şəraiti və milli təhlükəsizliyi izləmək üçün nəzərdə tutulmuş müşahidə peykini H2A raketi ilə kosmosa uğurla buraxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, müşahidə peykini daşıyan 49 nömrəli H2A raketinin Kaqoşima prefekturasındakı Taneqaşima adasındakı kosmos mərkəzindən uğurla buraxıldığı bildirilib.

Açıqlamada, müşahidə peykinin yer vəziyyətini kosmosdan izləyəcəyi, böyük miqyaslı fəlakətlərdən sonra zərərin qiymətləndirilməsi və milli təhlükəsizlik üçün istifadə ediləcəyi açıqlanıb.

Qeyd edək ki, müşahidə peykinin daha əvvəl göndərilməsi nəzərdə tutulsa da, lakin əlverişsiz hava şəraiti səbəbindən buraxılış iki dəfə təxirə salınıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR