Yaponiya sahillərində güclü zəlzələ oldu

Yaponiya sahillərində güclü zəlzələ oldu
DÜNYA
06:41 20.11.2023
184
Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın Aomori adasının Haçinohe sahillərində 5,8 bal gücündə zəlzələ olub.

50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə nəhəng dalğa xəbərdarlığı edilməyib. 

Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu bildirilib. 

Gülay
OXŞAR XƏBƏRLƏR