Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib

Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
SİYASƏT
21:34 02.03.2026
314
Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

AZXEBER.COM xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb.

Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.

Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.
OXŞAR XƏBƏRLƏR