Episentri Hokkaydo prefekturasında olan Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi (JMA) məlumat yayıb.
Yerli vaxtla saat 18:47-də 50 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Hokkaydo prefekturasının Urakava şəhəri olub.
Qeyd olunub ki, Aomori və İvate prefekturaları ilə yanaşı, Hokkaydoda da hiss olunan yeraltı təkanlar səbəbindən sunami təhlükəsi yoxdur. İlkin məlumata görə, itki yoxdur.
Oksana