Yaponiyada anomal istilər: 18 ölü, 8000-dən çox insan xəstəxanadadır

Yaponiyada anomal istilər: 18 ölü, 8000-dən çox insan xəstəxanadadır
DÜNYA
14:03 25.06.2025
470
Yaponiyada son günlərdə müşahidə olunan ekstremal istilərin acı nəticələri ortaya çıxmağa başlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakət İdarəetmə Agentliyinin 16-22 iyun tarixlərini əhatə edən statistik məlumatlarına əsasən, ölkənin 14 prefekturasında ümumilikdə azı 18 nəfər günvurma nəticəsində həyatını itirib, 8.603 nəfər isə günvurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Agentliyin açıqlamasında bildirilib ki, bu dövrdə 210 nəfər ciddi vəziyyətdə olub və onların 3 həftədən artıq xəstəxanada qalması tələb olunub. 3.032 nəfər isə orta dərəcəli vəziyyətdə olub və qısa müddətli müalicə alıb. Ən çox günvurma halı Tokyo (896 nəfər), Aichi (706 nəfər) və Saitama (648 nəfər) prefekturalarında qeydə alınıb.

Xüsusilə 65 yaş və yuxarı şəxslər bu halların 61,8 faizini təşkil edib – yəni ümumilikdə 5.316 nəfər.

Ölkədə iyunun 17-də aparılan ölçmələrə əsasən, 914 meteoroloji məntəqədən 65-də 35 dərəcə və ya daha yüksək temperatur qeydə alınıb. İyunun 19-da isə Gifu prefekturasında temperatur 36,9 dərəcəyə, Gunma və Oita prefekturalarında 36,7 dərəcəyə, Kochidə isə 36,5 dərəcəyə çatıb.

Mütəxəssislər istilərin iyun ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır və ictimaiyyəti günvurma riskinə qarşı ehtiyatlı olmağa çağırırlar.
 
Oksana
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çexiya XİN başçısı Ukraynada səfərdədir
19:47 11.08.2025
Çexiya XİN başçısı Ukraynada səfərdədir
Hindistan aviaşirkəti sentyabrdan Vaşinqtona uçuşları dayandırır
19:34 11.08.2025
Hindistan aviaşirkəti sentyabrdan Vaşinqtona uçuşları dayandırır
İngiltərə klubu kapitanını sata bilər
19:22 11.08.2025
İngiltərə klubu kapitanını sata bilər
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
19:10 11.08.2025
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
18:59 11.08.2025
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
18:48 11.08.2025
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
18:36 11.08.2025
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər