Aprel ayında Yaponiyada iki hərbi helikopterin toqquşaraq okeana düşməsi nəticəsində baş verən qəzada itkin düşmüş kimi qeydə alınan 7 nəfərin öldüyü açıqlanıb.
AZXEBER.COM "haberglobal”a istinadən xəbər verir ki, qəzada ölənlərin sayı 8-ə yüksəlib.
Yaponiyanın müdafiə naziri Minoru Kihara verdiyi açıqlamada bunları deyib:
"Hər cür səy göstərməyimizə baxmayaraq, itkiləri tapa bilmədiyimiz üçün çox təəssüflənirəm".
Kihara cəsədləri və helikopter qalıqlarını tapmaq üçün səylərini davam etdirəcəklərini vurğulayıb.
Digər tərəfdən, aprelin 20-də keçirilən təlim zamanı iki SDF SH-60K tipli helikopterlə əlaqənin kəsildiyi açıqlanıb və helikopterlərin toqquşaraq Sakit okeana düşdüyü müəyyən edilib.
Hadisədən sonra bölgədə başladılan axtarış əməliyyatlarında 1 ekipaj üzvünün cansız cəsədinin, 7 nəfərin isə meyitinin tapıldığı bildirilib.
Mikayıl