Yaponiyada koronavirusun altıncı dalğası başladı

Yaponiyada koronavirusun altıncı dalğası başladı
DÜNYA
13:11 07.01.2022
275
Yaponiya koronavirus infeksiyalarının altıncı dalğasına daxil olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilatın həkimlərinin fikrinə əsasən bildirib.

"Hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusən də, bu dəfə xəstəliklərin sayı artmağa başlayandan bəri onların artım tempi son dərəcə yüksəkdir", - deyə o qeyd edib.

Cümə axşamı Yaponiyada sentyabrın ortalarından bəri ilk dəfə gündə 4 475 koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bu, əvvəlki günlə müqayisədə təxminən iki dəfə, iki gün əvvəlki ilə müqaisədə isə dörd dəfə çoxdur.
OXŞAR XƏBƏRLƏR