Yaponiyada ölkə tarixində ən böyük narkotik əməliyyatı keçirilib.
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Yaponiya narkotik səlahiyyətliləri Tokionun şimalındakı Toçiqi prefekturasında həyata keçirdikləri əməliyyatda 1 ton 46 kiloqram narkotik ələ keçirib.
Bu, Yaponiyada indiyədək həyata keçirilən ən böyük tək narkotik əməliyyatı kimi qeydə alınıb. Əməliyyat zamanı 3 Vyetnam vətəndaşı saxlanılıb.
Üç Vyetnam vətəndaşının esrarı daşıma konteynerində gizlətdiyi iddiası ilə saxlanıldığı bildirilir.
Gülay