Yaponiyada ölümcül bakteriyaya yoluxma sayı artıb

Yaponiyada ölümcül bakteriyaya yoluxma  sayı artıb
DÜNYA
10:00 17.06.2024
134
Yaponiyada "potensial ölüm” hesab edilən və "ət yeyən” bakteriyaların yaratdığı streptokok toksik şok sindromuna yoluxma (STSS) hallarının sayı ən yüksək həddə çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada, bu ilin iyun ayının əvvəlinə ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib.
 
Bildirilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Bununla da 1999-cu ildən bu günə qədər bu halların sayı "rekord səviyyəyə” çatıb.
 
Qeyd edək ki, daha çox ölümcül və yoluxucu bakteriya növlərinin səbəb olduğu infeksiya hallarına yoluxma xüsusilə paytaxt Tokioda yerləşən Kanto bölgəsində getdikcə artır.
 
COVID-19 tədbirlərinin yumşaldıldığı 2023-cü ilin yazından bu yana yoluxma hallarının artması ilə bağlı narahatlıq var.
 
Gülay
OXŞAR XƏBƏRLƏR