Yaponiyanın Ofunato şəhərində üç gündür davam edən meşə yanğınında bir nəfərin öldüyü təsdiqlənib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ən azı 1200 hektar ərazi külə döndüyü halda, 3306 nəfərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib.
Yanğının söndürülməsinə dəstək olmaq üçün bölgəyə qonşu dövlətlərdən 1675 yanğınsöndürmə personalı göndərilib.
Yerli hakimiyyət orqanları dünən ərazidə meyiti tapılan bir nəfərin yanğın nəticəsində öldüyünü təsdiqləyib.
Bildirilib ki, bu günədək 825 nəfər müvəqqəti mərkəzlərə təxliyə edilib.
İndiyədək 84 konstruksiyaya ziyan dəyib və zərərin qiymətləndirilməsi işləri yekunlaşdıqca dəymiş ziyanın həcminin artacağı gözlənilir.
Gülay