Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) prezidenti İşiba Şiqeru oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, LDP-nin keçmiş lideri və Yaponiyanın baş naziri Kişida Fumionun siyasi ianə fondu qalmaqalına görə avqustun 14-də istefa verəcəyini açıqlamasından sonra keçirilən qurultayda seçilən İşiba ilk siyasi sınağına hazırlaşır.
Ötən həftə keçirilən seçkili qurultayda LDP lideri seçilən İşiba parlament iclasından əvvəl keçirdiyi mətbuat konfransında ölkədə parlamentin buraxılacağını və oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
Gülay