Yaponiyanın Kyushu bölgəsində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri 3 nəfərin ölümü, ən azı 4 nəfərin isə itkin düşməsi ilə nəticələnib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiya yerli hakimiyyətinin məlumatına görə, Kagoshima əyalətinin Aira şəhərində 50 yaşlarında bir nəfər, Kumamoto əyalətində isə biri Kosa qəsəbəsində, digəri Yatsushiro şəhərində olmaqla iki nəfər həyatını itirib.
Ölənlərdən biri sel suları ilə sulama kanalına sürüklənən avtomobildə tapılıb.
Kumamoto və Fukuoka əyalətlərində itkin düşən 4 nəfərin axtarışları davam edir. Hadisə nəticəsində ən az 3 ev çöküb, 700-dən çox evə ziyan dəyib. Yaponiyanın Meteorologiya Agentliyi bölgədə güclü yağış riskinin davam etdiyini bildirərək sakinləri sel və torpaq sürüşməsi təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.
Oksana