Yaponiyada yoluxma sayı rekord həddə çatıb

Yaponiyada yoluxma sayı rekord həddə çatıb
DÜNYA
21:30 31.07.2021
1259
Yaponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub

AZXEBER.COM xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Belə ki, çərşənbə günü 9 576, cümə axşamı 10 699, cümə günü isə 10 743 nəfər virusa yoluxub.

Son 24 saat ərzində paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 4 058 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür.

Yaponiya hökuməti epidemiya vəziyyətinin pisləşməsini delta ştammı ilə əlaqələndirib.
OXŞAR XƏBƏRLƏR