Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb
DÜNYA
22:43 08.12.2025
88
Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, Baş nazir Sanae Takaiçi bu barədə təcili brifinqdə deyib.

O, əlavə edib ki, ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Dekabrın 8-də Yaponiyanın şimalında 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Aomori prefekturasının şərqində yerləşir. İvate və Hokkaydo sahil əraziləri də ən böyük risk altındadır. Sakinlərə oranı tərk etmək və daha yüksək ərazilərə köçmək tövsiyə olunub.

Daha sonra Yaponiyada sunami qeydə alınıb. Aomoridə dalğa hündürlüyü 40 santimetr, Hokkaydoda isə 20 santimetr olub.
OXŞAR XƏBƏRLƏR