Yaponiya Rusiyaya qarşı sanksiyalar paketini genişləndirir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Yaponiya Rusiya administrasiyası və biznesi üçün iqtisadi sanksiyalar paketini genişləndirib.
Yaponiya hökuməti Ukraynaya qarşı başlatdığı müharibədən sonra Rusiyanın administrasiya və iş dünyasına qarşı hərtərəfli sanksiyalarını artırır.
Hökumət 15 nəfərin və daha 9 təşkilatın, o cümlədən Rusiya müdafiə nazirinin müavinlərinin aktivlərinin dondurulduğunu bildirib.
Sanksiyaya məruz qalanlar arasında Rusiyanın hərbi kəşfiyyat idarəsi GRU-nun rəhbəri İqor Kostyukov və silah şirkəti Rosoboroneksport da var.
Beləliklə, Yaponiyanın iqtisadi sanksiyalar tətbiq etdiyi rusiyalı şəxslər və təşkilatların sayı 95-ə yüksəlib.
Yaponiya da G-7 ölkələri ilə əməkdaşlığa uyğun olaraq Rusiyanı "ən çox əlverişli ölkə” statusundan çıxaracağını açıqlayıb.
Qeyd edək ki, Yaponiya dəstək çərçivəsində Ukraynaya qış mövsümünə uyğun gülləkeçirməz jiletlər, papaqlar və döyüş formaları göndərib.
Ayşən