Yaponiyalı tələbəni ittiham edərək Ermənistandan qovdular: "Türk agentisən"

Yaponiyalı tələbəni ittiham edərək Ermənistandan qovdular: "Türk agentisən"
DÜNYA
14:07 11.07.2023
247
Yaponiya vətəndaşı Ermənistanda türk agenti olması ilə ittiham edilərək 5 saat psixoloji təzyiq və mənəvi işgəncələrə məruz qaldığını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, 15 ildir Türkiyədə yaşayan yaponiyalı Keisuke Vakizaka Ermənistana daxil olmaq istəyərkən qarşıladığı çətinliklərdən danışıb. 

Sərhəd keçidinin rəisinin onu başqa otağa apardığını və "Ermənistanda nə işin var?” sualının verildiyini bildirən tələbə sözlərini belə davam etdirib:

"Turist kimi gəldiyimi dedim, amma rəis yox, sən türk agentisən dedi. Telefonumu əlimdən aldı. WhatsApp, Messenger, Facebook yazışmalarımı və şəkillərimi araşdırdı. Skrinşotlar çəkdi. O, türk millətçi dostlarımla çəkdirdiyim fotoları göstərərək məni casusluqda ittiham etməyə çalışdı. Telefonla danışmağa icazə vermədilər.

Turist kimi gəldiyimi, dostlarımı ziyarət edəcəyimi desəm də, qışqıraraq məni qorxutmağa çalışdı. Başqa bir işçi tapançanı başıma dayadı. Məni türk millətçilərini Ermənistanda 5 il həbs edəcəklər deyə hədələdi”.

Keisuke Wakizaka söyləyib ki, Ermənistanda açıq şəkildə beynəlxalq insan haqları pozuntularına yol verilir:

"Daha sonra Ermənistan polisi tərəfindən Gürcüstan sərhədinə aparıldım. Axı mən ölkəyə casus kimi yox, akademik kimi girməyə çalışdım, amma məni casus kimi görməyə çalışıb, təzyiq göstərdilər”.

Qeyd edək ki, K. Wakizaka bakalavr təhsilini Yaponiyada, magistratura təhsilini Yıldız Texniki Universitetində, doktorantura təhsilini isə Orta Doğu Texniki Universitetində (ODTÜ) bitirib. 

Daha sonra 2019-cu ildə İstanbul İnkişaf Universitetində işə başlayıb. 

O, doğma yapon dili ilə yanaşı, ingilis, türk və Azərbaycan türkcəsini yüksək səviyyədə bilir. Vakizaka erməni və gürcü dillərini də baza səviyyədə danışa bilir.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR