Yaponiyanın ən yaşlı adamı dünyasını dəyişdi

Yaponiyanın ən yaşlı adamı dünyasını dəyişdi
DÜNYA
11:15 12.12.2023
170
Yaponiyanın ən yaşlı adamı kimi tanınan Tatsumi Fusa 116 yaşında dünyasını dəyişib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Osaka şəhərinin rəsmisi mətbuata açıqlamasında 116 yaşlı kişinin dünyasını dəyişdiyini bildirib.

Rəsmi bildirib ki, 25 aprel 1907-ci ildə Osakanın Yao rayonunda anadan olan Tatsumi həyatının təxminən son 10 ilini Kaşivaradakı qayğı mərkəzində keçirib.

Milli mətbuatda 110 yaşına qədər əsas ehtiyaclarını təkbaşına ödəyə bilən Tatsuminin ayın əvvəlindən nəfəs almaqda çətinlik çəkdiyi bildirilib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR