Yaralı olsam da, dəhşətli işgəncə verirdilər - Əsirlikdə olan Bayram Kərimov

Yaralı olsam da, dəhşətli işgəncə verirdilər - Əsirlikdə olan Bayram Kərimov
SOSİAL
14:41 05.01.2021
780
Döyüş başlayanda Şuşada yaralandım. 2 gün yaralı qaldım, əsir düşdüm.

Bunu erməni əsirliyindən qaytarılan Azərbaycan əsgəri Bayram Kərimov deyib.

O bildirib ki, Şuşada əsir götürülərkən huşunu itirib: "Gözümü açanda gördüm ki, Ermənistandayam. Ayağıma iynə batırırdılar. Dəhşətli işgəncələr verirdilər mənə. Heç nəyə baxmırdılar. Yaralı olsam da, dəhşətli işgəncə verirdilər. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, məni ailəmə, vətənimə qaytardı".
OXŞAR XƏBƏRLƏR