"Yaralılar yaxın günlərdə vətənə gətiriləcək".
Bu sözləri jurnalistlərə açıqlamnasında "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev deyib:
"Dünən baş verən hadisə Azərbaycan xalqı və AZAL olaraq bizim üçün çox faciəvi hadisə idi. Təcrübəli pilotlarımız və möhkəm təyyarə bələdçilərimiz olub. Təəssüf ki, iki pilot və bir təyyarə bələdçimizi itirdik. Ancaq onlar qəhrmancasına vəzifələrini yerinə yetirdiklərinə görə 29 vətəndaş həyatda qalıb. Hazırda məsələ dərindən araşdırılır. Allah ölənlərə rəhmət, həyatda qalanlara isə şəfa diləyirəm".
AZAL sədri yaralıların vətənə nə zaman dönəcəyi sualına belə cavab verib:
"Yaralıların vətənə dönməyi planlaşdılrılr. Yarısı bu gün, yarısı növbəti günlərdə vətənə gətiriləcək".
Günel