Qəzzada ABŞ-yə məxsus mərkəzli beynəlxalq yardım təşkilatı World Central Kitchen-ın heyətini vuran İsrail üzr istəyərək istintaqa başladığını açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun hücumunda Avstraliya, Polşa, İngiltərə, ABŞ-Kanada və Fələstindən 7 nəfər həyatını itirib.
Hücumdan sonra WCK-nın bölgədəki fəaliyyətini dərhal dayandırdığı və gələcək işlər üçün yaxın zamanda qərar veriləcəyi bildirilib.
İsrail ordusunun sözçüsü Daniel Həcəri hücumda ölənlərin yaxınlarına başsağlığı verdiklərini bildirib.
Hücumla bağlı araşdırma başlatdıqlarını açıqlayan Həcəri çox peşman olduqlarını bildirib.
Xəbərdə təhlükəsizlik mənbələrinin hücumu "beynəlxalq səviyyədə ən çətin hadisə” kimi qiymətləndirdiyi, ordunun araşdırmasının nəticələrinin ictimaiyyətə və beynəlxalq ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və AB Komissiyasının böhranın idarə edilməsi və humanitar yardımdan məsul üzvü Janez Lenarcic də sosial media platforması X hesabında İsrailin dünənki hücumunda humanitar yardım işçilərinin öldürülməsinə reaksiya verib.
Mikayıl