Yardımları kəsilən köçkünlər Şüvəlanda aksiya keçirdilər: qarşıdurma yaşandı (FOTOLAR)

SOSİAL
17:04 02.02.2017
15251
Bu gün Şüvəlan kəndində məskunlaşmış bir qrum məcburi köçkün ailəsi etiraz aksiyası keçirib. 
 
Bu baradə məcburi köçkünlər özləri AZXEBER.COM-a məlumat veriblər. Aksiyanın keçirilməsinə səbəb məcburi köçkünlərə nəzərdə tutulmuş kommunal yardımların kəsilməsidir. Onlar bu addımın mövcud vəziyyətlərinə daha da pis təsir edəcəyini bildiriblər. 
 
Aksiya zamanı Şüvəlandan şəhərin mərkəzinə qayıdan yol bağlanılıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.
 
Aksiyadan fotoları təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR