Yardımlıda yol qəzasında 55 yaşlı kişinin ayağı sınıb

Yardımlıda yol qəzasında 55 yaşlı kişinin ayağı sınıb
SOSİAL
10:40 02.05.2021
268
Yardımlıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1966-cı il təvəllüdlü Mikayılov İlqar Zülfüqar oğlu ağır xəsarət alıb.

Yaralı əvvəlcə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

İ.Mikayılov sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR