Yarıçılpaq şəkli yayılan azərbaycanlı müğənni danışdı - FOTOLAR

Yarıçılpaq şəkli yayılan azərbaycanlı müğənni danışdı - FOTOLAR
MAQAZİN
00:45 15.05.2014
17811
Facebook sosial şəbəkəsində H.N adlı bir xanım şəxsən özü çəkdiyi Elçin Cəfərovun yarıçılpaq fotosunu yayıb. Həmin xanım milli.az-a açıqlamasında müğənniyə acıqlı olduğunu və Elçini məhkəməyə verdiyini bildirdi:"Elçin əslində şəkil ilə bağlı bu gün mənə çox zəng edib, ancaq məni onun heç bir zənglərinə cavab verməmişəm. Bu şəkil adi bir şəkil deyil, bu, onun ən zəif yeridi deyə, bununla Elçindən mən acıq çıxıram.Bundan öncə o, mənə demişdi ki, əgər şəkili yayımlasam, aramızda davalar çox olacaq. Hal-hazırda Eçinin körpə qızı var və o heç bir aliment vermir, buna görə də mən onu məhkəməyə vermişəm.Əvvəllər mən həmin şəkili vermək istəmirdim, ancaq bu gün ürəyimdən keçdi şəkili yayımlamaq və həmin şəkili mən özüm çəkmişəm. Bu artıq sondu, bundan sonra mən heç kəsin yalvarmağına, ürək getməsinə, stressinə fikir verməyəcəm".Sonda xanım onu qeyd etdi ki, ürək xəstəliyindən əziyyət çəkən müğənnin bütün xəstəlikləri qızına keçib və balaca körpə hal-hazırda ürəyindən xəstədir.Müğənni Elçin Cəfərovla əlaqə saxlasaq da, telefona onun dostu və meneceri Azər Şirin cavab verdi.Olaydan artıq xəbərdar olduğunu bildirən Azər bununla bağlı nə Elçinin, nə də ki özünün heç bir açıqlama verməyəcəyini bildirdi."Bu haqda hal-hazırda danışmaq istəmirik, nə mən, nə də ki Elçin. Bir az səbirli olun, inşAllah, bu yaxınlarda bütün media nümayəndələrinə necə lazımdır açıqlama verəcəyik".
AZXEBER.COM xəbər verir ki, Elçin Cəfərov yayılan bu xəbərlə bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:
İlk olaraq diqqətinizə çatdırmaq istəyirik ki, H.N. bu iddiasını əsaslandırmaq üçün DNA analizinə getməli və bunu sübut etməldir. Ki, bu Elçin Cəfərov tərəfindən həmin şəxsə aylar öncə təklif edilib. Və deyilib ki, əgər uşaq həqiqətən Elçin Cəfərova aiddirsə, o zaman köməklik göstərməkdən boyun qaçırmayacaq. Amma nədənsə H.N. bu addımı atmaqdan çəkinib. Maraqlıdır, təzminat almaq istəyən şəxs, övladının gələcəyini və sağlamlığını düşünən qadın, nəyə görə bu təşəbbüsdən boyun qaçırır? Və ümumiyyətlə, hansı özünə hörmət eləyən “ana”, atasız övlad dünyaya gətirməyə razı ola bilər?
Bu sualın cavabını Sizin vicdan mühakimənizə buraxırıq. Daha sonra H.N. iddia edir ki, Elçin Cəfərovu bu məsələylə bağlı məhkəməyə verib. Onu da qeyd edək ki, H.N. məhkəməyə şikayət ərizəsiylə ilk dəfə bu ilin fevral ayında müraciət etdiyini, şəxsən Elçin Cəfərovun mətbuat katibi Kazım Sübhanla yazışmasında ona bildirib. Amma nədənsə indiyə kimi Elçin Cəfərova, iddiayla bağlı məhkəmədən heç bir müraciət gəlməyib. Əgər H.N. tərəfindən ortalığa atılan bu iddia doğrudursa, o zaman nəyə görə hələ də məhkəmə prossesi başlamayıb? Və nəhayət şəkillə bağlı qaranlıq qalan məqama açıqlama gətirmək istəyirik. Bəli, bu foto illər öncə xəbəri olmadan çəkilib və Elçin Cəfərova aiddir. O bunu təkzib etmir. Bir çoxlarımızın ev şəraitində çəkilən buna bənzər fotoları yəqin ki, mövcuddur. Bu cür şəkil çəkdirmək yox, onu şəxsi mənfəətlərinə görə ictimaiyyətə yaymaq əxlaqsızlıqdır.
Və nəhayət dediklərimizi əsaslandırmaq üçün sizə H.N. və Kazım Sübhan arasında fevral ayında reallaşan yazışmanın fotosunu göndəririk. Bununla da bu məsələnin açıqlığa qovuşacağını ümid edirik. Əks təqdirdə, H.N. məhkəmə qarşısında, Elçin Cəfərova vurduğu mənəvi zərərə görə cavab verməli olacaq. Bütün medya nümayəndələrinə və oxuyuculara, göstərdikləri diqqətə görə təşəkkür edirik.
Və belə əsassız və lazımsız xəbərlərin, bir daha milli mətbuatda yayımlanmamasını ümid edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO