Yaponiyada 56 il əvvəl edama məhkum edilən və keçmiş boksçu Hakamata İvao 88 yaşında bəraət qazanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İvao 1966-cı ildə Tokionun cənub-şərqində soya fabrikində işləyən zaman eyni ailədən olan 4 nəfəri bıçaqla öldürdüyü iddiası ilə həbs edilib.
1968-ci ilin sentyabrında qətl də daxil olmaqla bir sıra ittihamlarla ölümə məhkum edilən Hakamatanın hökmü 1980-ci ilin dekabrında yekunlaşıb.
Bundan sonra Hakamata məhkəməyə yenidən baxılması üçün müraciət edib, lakin onun ərizəsi rədd edilib.
Hakamatanın bacısı 2008-ci ilin aprelində yenidən apellyasiya şikayəti verib və 2014-cü ilin martında verilən qərarda işin yenidən açılmasına qərar verilib və saxlanılan Hakamata sərbəst buraxılıb.
Yaponiya məhkəməsi 1966-cı ildə qətl törətməkdə ittiham olunaraq ölümə məhkum edilmiş keçmiş yapon boksçusu İvaoya bəraət qazandırıb.
Mikayıl