Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu

Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
SOSİAL
10:48 04.09.2025
508
İşlədiyi şirkətin yarım milyondan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.

Belə ki, keçmiş məhkum bacısının işinə görə təcili kömək axtaran Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Söz verib ki, həmin adamlar vasitəsilə xüsusilə ağır cinayətlərdə ittiham olunan bacısını həbsdən azad etdirə biləcək. O, həmin vaxt Ali Məhkəmənin sədri işləyən hakimi də yalandan yaxın adamı kimi təqdim edərək qarşı tərəfin inamını daha da möhkəmləndirib.

Yekunda tərəflər məsələnin həlli üçün 80 min manat qarşılığında əl sıxıblar. Yeganə qısa vaxtda həmin pulu taparaq verib. 

Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.

 
Nəhayət Yeganə bacısını həbsdən xilas etmək istəyərkən tora düşdüyünü anlayıb. Dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.

Zərərçəkmişin şikayətinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində araşdırılıb. İdarədə aparılan istintaqla Mirqərib Qasımovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinin üstü açılıb. O, toplanmış sübutlar əsasında həbs edilib.

İstintaq materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs əvvəllər "Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər filialının direktoru işləyib. Həmin şirkətdəki korrupsiya faktlarına görə 8 il 6 ay şərti cəza alıb. Hazırki vaxtda həmin məhkumluğu tam başa çatıb.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.

Məhkəmə istintaqı vaxtı müttəhimin əməlindən əziyyət çəkən digər zərərçəkmişlər də dindirilib. Yekunda toplanmış sübutlar təsdiqini tapıb.

Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il həbs cəzası verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib