Yarışda 2 idmançı öz qulağını kəsdi

İDMAN
18:00 10.01.2014
1390
Qeyri-adi şərtlər altında yarışan idmançılar xəstəxanaya yerləşdirilib
Rusiyanın Kuzbas vilayətində iki idmançı qeyri-adi şərtlərlə keçirilən oyunda qulaqlarını kəsiblər.Yeni il gecəsi bir qrup idmançı toplaşaraq şənlik təşkil ediblər.İdmançılar şənlik zamanı qəribə şərt altında qol güləşi yarışı keçiriblər. Şərtə görə, armrestlinq yarışında uduzan idmançı öz qulağını kəsməlidir. Yarışın ilk raundunda idmançılardna biri uduzub. Lakin o bu şərtə əməl etmək istəməyib. Yenidən rəqibi ilə yarışıb.Bu dəfə qələbə qazanan idmançı uduzub. Bu da mübahisəyə səbəb olub. Sonda idmançılar bu qərara gəliblər ki, hər iki şəxs yarışın şərtinə əməl etməlidr. Hər iki idmançı qulağını kəsib. İdmançılardan biri qulağını tamamilə, digəri isə yarımçıq kəsib. Çoxlu qan itirən idmançılar xəstəxanaya yerləşdirilib.(Ans press)
OXŞAR XƏBƏRLƏR