"Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi..." - Əli Həsənov yazdı

"Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi..." - Əli Həsənov yazdı
SİYASƏT
13:21 04.09.2019
4106
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində "Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi..." başlıqlı yazısı ilə oxuculara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli oxucular!

Dünən FB səhifəmdə paylaşdığım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş ozamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər sonra onların özünü belə fiziki məhvolmadan xilas etmiş şəxsə və komandaya yükləməklə davam etməyə çalışırlar.

Belə şəxslərin əsassız ittihamlarına cavab olaraq yazdığım həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənsə yazıda sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla ozamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar.

Bəli, avqustun 29-da referendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım idi. Ozamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb. Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla danışıqlarda "legitim və faktiki hakimiyyəti olmayan dövlət" imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünki, bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə etdikləri səfərlər də nəticəsiz başa çatmışdı.

Parlamentdə aparılmış müzakirələrdə silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva etmirdi, çünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi, bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi. "Bütün ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz parlamentdə reqlamentinin pozulmasına irad tutursunuz"- "Demblok" deputatlarından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahı idi.

Məqalədə mən, həm də ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox hallarda qeyri-mümkün görünən addımlar- hüquqi anarxiya və özbaşınalığın, separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və s. aradan qaldırılmasını sadalamışam.

Lakin, hamıya məlumdur ki, əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi. Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi.

Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd etmişəm...".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib