Yas çadırı qurub geri qayıdırlarmış - Dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxdı

Yas çadırı qurub geri qayıdırlarmış - Dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxdı
HADİSƏ
18:37 01.03.2025
222

Dünən axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.


AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.

Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə - yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.

Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan VAZ markalı avtomobilə çırpılıb. Nəticədə, idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə, VAZ-da olan Vüsal Məmməd oğlu Hüsiyev (1990), Sənan Aqil oğlu Əmrahov (1991), Azər Fəyyaz oğlu Aslanov (1992), Asiman Yaşar oğlu Ələsgərov (2007) və Elbəy Mövsüm oğlu Aslanov həlak olublar.

Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.

Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR