Baku Medical Plaza klinikasının Babək filialında çalışan cərrah mama-ginekoloq, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, mamalıq və ginekologiya ixtisası üzrə fəlsəfə doktoru - Xəyalə Təhməzi.
Müasir dövrümüzdə ailə planlaması yönündə müasir üsulların geniş yayılması, qadınların təhsil alma, karyera qurma istiqamətində olan maraqları onlarda ana olma istəklərinin yubanmasına təsir etməkdədir. Nəzərə alsaq ki, yaş artması ilə əlaqəli olaraq qadınların fertillik qabiliyyətləri zəiflədiyindən belə qadınlar uğursuz hamiləlik cəhdlərindən sonra Yardımçı Reproduktiv Texnologiyanın yardımına (YRT) müraciət etməli olurlar. Bu tendensiya heç də ürək açan olmamaqla yanaşı gələcəkdə nəsil tükənmə problemilə üzləşmə kimi hallara gətirib çıxara bilər. Bu səbəbdən inkişaf etmiş ölkələrdə yaş faktoru ilə əlaqəli sonsuzluq ən aktual problem kimi ön plana çəkilməkdədir.
Qadının yaşlanması ilə əlaqəli fertilliyin azalması prosesi çoxfaktorlu proses olmaqla yanaşı əsasında yumurta hüceyrələrin keyfiyyətinin və sayının azalması, daha dəqiq desək yumurtalıq rezervinin azalması durur. Belə ki, ana bətnində olarkən qız uşağının yumurtalıqlarında 6-7 mln. yumurta hüceyrəsi olduğu halda, yenidoğulmuş qız uşağında 1 mln., cinsi yetkinlik dövrünün başlanğıcında 300000 olur.Yaş artdıqca yumurta hüceyrə ehtiyatı sürətlə azalır. Belə ki, 37-38 yaşlı qadınlarda yumurta hüceyrələrin sayı 25000-ə çatır. Bununla yanaşı yumurta hüceyrələrdə xromosom anomaliyaları, DNT fraqmentasiyası, xromosom degenerasiyası aşkarlanır ki, bu problemlər hətta YRT vasitəsilə hamiləlik əldə edilmə şansını azaldır.
Yaş faktoru ilə əlaqəli sonsuzluq probleminin həllində hansı strategiyadan istifadə edilir?
· Yumurtalıqların stimulyasiyasında yeni protokolların tətbiqi;
· Yumurtalıqların ko-kalçır üsulu ilə mayalandırılması;
· Yardımçı keçinq;
· Predimplatasion genetik müayinə;
· Donor yumurta hüceyrələrin istifadəsi.
Yumurtalıqların stimulyasiyasına müasir yanaşmada :
· aQnRH analoqların dozasını azaltma;
· Qonadotropinlərin dozasını azaltma;
· QnRH analoqun istifadə etməmək;
· Vaxtından qabaq ovulyasiyanın qarşısını almaq məqsədilə tsiklin ortasında antoqonistlərin istifadəsi;
· Klomifensitratin yüksək dozada qonodotropinlərlə kombin edilməsi;
· Boy hormonun (Grous hormon) tətbiqi məsləhət görülür.
Beləliklə yaş faktoru ilə əlaqəli sonsuzluq probleminin profilaktika və müalicəsində yumurtalıq rezervinin vaxtında düzgün qiymətləndirilməsi, həmçinin YRT tətbiqilə müasir müalicə üsulunun tətbiqi böyük əhəmiyyət kəsb edir.
Əlaqə nömrələri:
050-312 38 34055- 882 38 34