“Yaşam Residence”: Ağaclar kəsilməyib, başqa əraziyə köçürülüb - FOTO

“Yaşam Residence”: Ağaclar kəsilməyib, başqa əraziyə köçürülüb - FOTO
SOSİAL
19:32 03.01.2019
9671

"Yaşam Residence” şirkəti Nəsimi rayonu, "Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə rəsmi münasibət bildirib.

Bu barədə AZXEBER.COM şirkətin icraçı direktoru Elşən Mahmudov məlumat verib. 

O bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb:

"Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Bu ərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir. 

Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub. 

Bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək tikinti sahəsinə düşən iki ağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib. 

Daha sonra Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında prosedurların tam qaydalara uyğun aparıldığını təsdiqləyib:

"Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.

"Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

- ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. 
Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4x2,4x0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

- vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

- sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

- iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

-  qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

- ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq