Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
SOSİAL
21:11 02.06.2025
709
Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

"Azəriqaz"dan AZXEBER.COM-a verilən məlumata görə , işlərin yekunlaşdırılması məqsədilə 03.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR