Yasamalda binadakı yanğın məhdudlaşdırılıb

Yasamalda binadakı yanğın məhdudlaşdırılıb
SOSİAL
19:51 15.01.2026
268
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Binada baş vermiş yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
OXŞAR XƏBƏRLƏR