Yasamalda yanğında xəsarət alanların vəziyyəti açıqlanıb

Yasamalda yanğında xəsarət alanların vəziyyəti açıqlanıb
HADİSƏ
10:21 22.11.2025
127
Ötən axşam Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə AZXEBER.COM-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR