Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 3-cü mərtəbədəki mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb ediliblər. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.
Sakinlər təxliyə ediliblər. İlkin məlumata görə, xəsarət alan olmayıb.
///APA










































