Yaşar Nuri üçün darıxdım...- KÖŞƏ

Yaşar Nuri üçün darıxdım...- KÖŞƏ
KÖŞƏ
16:25 09.02.2012
2081
Vasif Ismayılzadə Yaşar Nuri üçün darıxdım... Bəli…artıq neçə aydır ki böyük aktyor komadadı.Onu sakit və səssiz təsəvvür edə bilmirəm.Hər zaman efirlərdən əskik olmayan, gülüşü, zarafatı ilə tez-tez efir məkanlarında görünən sənətkarımız səssiz-səmirsiz xəstəxana otağında... Əksəriyyətimiz onun üçün dua etmək əvəzinə, onun haqda bəd xəbəri yaymağa can atdıq. Görəsən biz niyə bele edirik? Niyə bu cür amansız və ruhsuz olmuşuq? Bununla nə qazanacayıq? Reytinqi bununla qazanmaq bizə doğurdanmı belə böyük pullar qazandırır? Təbii ki, yox! Amma belə bir şeylər yazmaq əvəzinə, daha cox Yaşar Nurinin yaradıcılığını incələsələr, araşdırsalar, öyrənsələr daha məqsədəuyğun olmazdımı? Xülasə, bu yazıdan dərs çıxarmağı onların özlərinin vicdanına buraxırıq…Bəli, hər kəs bi r xəbəri daha cox gözləyir. Sevimli sənətkarımız, nə zaman ayağa qalxacaq və yenidən özünü toparlayaraq onu sevən milyonların görüşünə gələcək…hər kəs bu ümüdlə yaşayır. Tez sağalın Yaşar müəllim! Sizi hər kəs sevir. Neçə aydır ki, hər kəs sizin üçün darıxır. Inanın ki cox darıxırlar və ən cox da aileniz…Allahdan ümüd kəsilməz və hər birimiz dua edək.Yaşar Nuri – tez sağalin ki, bu gün Bakının tər-təmiz düm ağ qara büründüyünü görəsiniz, yəqin ki bu gözəl, bəyaz Bakını görmək, hər şeyi saf və tər-təmiz görmək, insanları günahsız görmək sizi daha uzun illər yaşadardı…Qalxın,Yaşar müəllim, otağınızın pencərəsindən narın-narın yağan ağ-appaq qar dənəciklərini seyr edin və həyata gülümsəyin. Darıxdıq sizin üçün, həm də çox…   08.02.2012. 
OXŞAR XƏBƏRLƏR