Yaşar Nurinin ölmədən öncə çəkilən son FOTOSU

MƏDƏNİYYƏT
17:35 19.06.2013
8260

Azərbaycanın dahi sənətkarı Yaşar Nurinin vəfat etmədən öncə Türkiyədə müalicə aldığı xəstəxanda çəkilən fotosu ortaya çıxıb.

AZXEBER.COM-un elektron ünvanına göndərilən foto, mərhum sənətkarın ömrünün son günlərinə təsadüf edir.

Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. O, 2009-cu ilin axırı 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə almışdı. Keçən ilin noyabrında aktyorun səhhəti yenidən pisləşmişdi. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib və Bakı Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, tanınmış azərbaycanlı aktyor M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib. 1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. O, "Bəyin oğurlanması","Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb. Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub. Allah rəhmət eləsin!

AZXEBER.COM portalı həmin fotonu təqdim edir:

OXŞAR XƏBƏRLƏR