"Popstar"ın ulduzu Yaşar Nurinin qızı ilə evlənir? - VİDEO YAYILDI

"Popstar"ın ulduzu Yaşar Nurinin qızı ilə evlənir? - VİDEO YAYILDI
MAQAZİN
16:14 12.01.2023
2219
Mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı ikinci dəfə ailə qurmaq niyyətindədir. 

AZXEBER.COM xəbər verir ki, o, bu məqsədlə "Elgizlə izlə" verilişinə müraciət edib. Proqram zamanı türkiyəli "Pop star" iştirakçısı Barış Kömürcüoğlu Ülkər Yaşarqızına elçi çıxıb. 

Onların bu izdivacı maraqla qarşılanıb. Verilişdə aparıcı Elgiz Əkbər mərhum Xalq artisti Yaşar Nurinin sənətindən və populyarlığından danışıb. 

Ülkər Yaşarqızı Barışı illər əvvəl iştirak etdiyi "Pop star" mahnı yarışması ilə tanıdığını və onun sənətini, səsini bəyəndiyini deyib.

Aparıcı Elgiz Əkbər onların videosunu yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR