Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ağır kritik olaraq qalır. Həkimlər aktyora ağ ciyər pnevmoniyası diaqnozu qoyublar. Bu barədə APA-ya açıqlamasında Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Onun sözlərinə görə, aktyorun ağciyərinin kəskin soyuqlaması nəticəsində vəziyyət daha da çətinləşib: “Ağciyərində pnevmoniya var idi və müalicə olunurdu. Amma qəflətən xəstəlik daha da kəskinləşdi. Bu xəstəlik çox çətin sağalır və uzun zaman tələb edir. O səbəbdən də tez bir zamanda nəticə əldə etmək mümkün deyil”.R. Nuriyeva qeyd edib ki, Yaşar Nuri hazırda nəfəs aparatına qoşuludur, amma huşu başındadır: “Doğrudur, Yaşar süni nəfəs aparatına qoşuludur. Amma aparatdan ayrılanda danışa bilir, yəni huşu başındadır. Sadəcə nəfəs almağı çox çətindir. Məni yanına buraxmırlar, amma gündəlik gedib gəlirəm, həkimlərdən soruşuram. Hər şey Allahın əlindədir, ümid edirəm ki, sağalacaq”.