Yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi

Yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi
MƏDƏNİYYƏT
10:30 22.08.2024
829
Bu gün Aygün Aydın qızı Hümmətovanın, hər birimizin ürəyində xüsusi yeri olan sənətkar, Aygün Bəylərin doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, o, yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi.
 
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakıda çoxuşaqlı ailədə anadan olub. Beş uşaqlı ailənin ilk övladı olan Aygünün anası işlədiyi üçün digər uşaqları hər gün Aygünə etibar edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olur ki, orta məktəb təhsilini belə düz-əməlli ala bilmir.
 
Aygün ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alır. 1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunur. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
 
1998-ci ildə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygünün sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar – Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
 
2002-ci ildə Aygün Bəylər "Əməkdar artist” fəxri adına layiq görülür. 
 
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik qazanır və mükafata layiq görülərək festivalın qalibi olur.
 
Əməkdar artist "Sən ruhumun qida yerisən”, "Tut ağacım”, "Küsmə gəl”, "Qəlbimin səsi”, "Özün günahkarsan” mahnıları ilə məşhurluq qazanıb. Ancaq ona ən böyük uğuru "Tut ağacım” mahnısı gətirib.
 
Aygün Bəylər bir dəfə qeyri-rəsmi nikahda olub, onun Canan adlı qızı var.
 
Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Türkiyənin Ankara şəhərində vəfat edib... Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Aygün Bəylərin əziz xatirəsi qəlblərdə yaşayacaq. Allah rəhmət eləsin!
 
Aysel Hacızadə
 

 
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq