“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir
SOSİAL
17:03 01.03.2021
613
"YAŞAT” Fondu son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"YAŞAT” Fondundan AZXEBER.COM-a bildirilib ki, hər üç qazimiz "YAŞAT” Fondunun diqqət mərkəzindədir:

"Onların hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşırıq. Qazimiz Cahangir Əliyevin ailəsi "YAŞAT” Fonduna qazimizin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib. Buna baxmayaraq qazimiz "YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.

Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün "YAŞAT" Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcəkdir.

Allah qazilərimizə şəfa versin!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev