Yaşayış binaları ilə bağlı yeni TƏLƏB

Yaşayış binaları ilə bağlı yeni TƏLƏB
SOSİAL
13:44 31.10.2025
530
Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq:

- "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);

- yardımçı və müvəqqəti tikililər;

- istixanalar və anbar binaları;

- istehsalat binaları;

- fərdi yaşayış evləri;

- Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.  

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir
15:37 27.10.2026
Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir