Yaşayış minimumu 210 manata qaldırıldı

İQTİSADİYYAT
18:59 04.11.2021
489

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı məsələ "2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.

OXŞAR XƏBƏRLƏR