xari

Yaşayış yerini tərk edən COVİD-19 xəstəsi belə saxlanıldı - VİDEO

SOSİAL
17:14 30.11.2020
450

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar.

Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronovirus xəstəsi olan Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib.

Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:30 25.01.2021

Ceyhun Bayramov: “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”

17:20 25.01.2021

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü

17:14 25.01.2021

Füzulinin Kürdlər kəndinin görüntüləri - VİDEO

17:02 25.01.2021

Türkiyəli professordan Çin peyvəndinin təsiri barədə AÇIQLAMA

17:00 25.01.2021

Qənirə Paşayeva Əliyar Əliyevin qızı ilə görüşdü

16:55 25.01.2021

Vladimir Putin Navalnının yaydığı videodan danışdı

16:51 25.01.2021

Biznesinizi Yelo bankla genişləndirin

16:32 25.01.2021

İspaniyada COVİD-19 pik həddə: Xəstəxanalar dolub

16:15 25.01.2021

Azərbaycan XİN rusiyalı deputatın adını "qara siyahı"ya salıb

16:02 25.01.2021

Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var

15:56 25.01.2021

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

15:52 25.01.2021

Xarici diplomların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

15:37 25.01.2021

Azərbaycanda 2020-ci ildə uşaqlara ən çox bu adlar qoyulub - STATİSTİKA

15:29 25.01.2021

Azərbaycanda rüşvət alan xəstəxana direktorunun tutulma görüntüləri yayıldı - ANBAAN VİDEO

15:27 25.01.2021

Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək"

15:02 25.01.2021

İranın XİN başçısı: "Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır"