Yaşı 10 ildən artıq olan avtomobillər ölkəyə buraxılmayacaq – Yeni qərar nəyi dəyişəcək?

ÖZƏL
11:06 30.03.2023
1762
Xəbər verdiyimiz kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Bəs bu qərar hansı yeniliklərə səbəb olacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin yeni qərarı, əsasən, ölkəmizdə avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin, ekosistemin yaxşılaşdırılmasına yönəlib.

Ekspert qeyd edib ki, yaşı 10 ildən çox olan avtomobillərin sayı ölkəmizdə həddən artıq çoxdur: "Həmçinin qeyd etmək lazımdır ki, son illər ərzində Gürcüstandan da bizim ölkəmizə yararsız, ömrünü başa vurmuş "metallom” daşınırdı və bunun da qarşısını qismən alacaq. Ola bilər ki, bu qərarın verilməsi qarşıdan gələn yeni bir qərarı şərtləndirir. Gözlənilir ki, Azərbaycanın Avro-5 ekoloji standartlara keçidi olsun. Hazırda bizim ölkəmizdə Avro-4 standartları tətbiq edilir. Bu qərardan sonrakı növbəti qərar Avro-5-ə keçidi ilə bağlı ola bilər”.

Eldəniz Cəfərov həmçinin bildirib ki, qərarın qüvvəyə minməsi 60 günə qədər qaldırılsa, daha yaxşı olar:

"Bununla yanaşı qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gündən sonradır. Hazırda vətəndaşlarımızın xarici ölkədən aldığı minlərlə avtomobil var ki, onlar yoldadır. Cənubi Koreya, Yaponiya, ABŞ kimi uzaq ölkələrdir ki, oradan da gəmi vasitəsilə bu avtomobillərin gətirilməsi minimum iki ay vaxt alır, iki aydan çox da olur. Ona görə də düşünürəm ki, dövlət bunları nəzərə alaraq, həmçinin özünün sosial yönümlü siyasətini nəzərə alaraq, 30 gün müddətini 60 günə qədər uzatsa, daha yaxşı olar. Hazırda vətəndaşların sifariş etdiyi, hətta ödənişini etdiyi o avtomobillər ölkəyə daxil ola bilsin ki, vətəndaşlar ziyana düşməsinlər. Əks təqdirdə həmin maşınlar Gürcüstan limanlarında qala bilər, bu da bizim vətəndaşlarımıza, sahibkarlarımıza külli miqdarda ziyan vura bilər. Təklifimiz ondan ibarətdir ki, artıq sifariş edilmiş və pulu ödənilmiş avtomobillərin ölkəyə buraxılması təmin edilsin və ya bu müddət ən azı 60 günə qədər uzadılsın ki, şəxslər külli miqdarda ziyana düşməsinlər”.

"Düşünürəm ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında köhnə maşınların qiyməti təxminən iki faiz civarında yüksələ bilər”, - deyə ekspert əlavə edib.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir