Yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19-a qarşı vaksinasiyası başlandı

Yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19-a qarşı vaksinasiyası başlandı
SOSİAL
10:16 17.02.2021
321
Bu gündən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayır.

AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Bunun üçün "COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla” düyməsinə basmalıdır.

Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir.

Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı