Yaşıdları tərəfindən istənmədi, dünyanın ən bahalı modeli oldu - FOTOLAR

MARAQLI
15:14 15.05.2024
321
Dərisinin rənginə görə uşaqlıqdan yaşıdları tərəfindən istənməyən Cənubi Sudanlı model Nyakim Gatvech-in qeyri-adi gözəlliyi və ilhamverici hekayəsi hər kəsi heyrətləndirib.
 
AZXEBER.COM xəbər verir ki, "Biz qüsurlarımızla gözəlik" deyən və hekayələrini "instaqram"da paylaşan model bütün həmcinslərinə ilham və cəsarət aşılayır.
 
Dünyanın ən qaradərili insanı olaraq "Ginnes"in Rekordlar Kitabına düşən Cənubi Sudanlı model Nyakim Gatvech dəri rənginə görə "Qaranlıqların kraliçası" kimi tanınır.
 
14 yaşında olarkən Afrikadakı qaçqın düşərgəsindən ABŞ-a köçən Nyakim Gatwech getdiyi hər yerdə fərqli fiziki görünüşü ilə diqqət çəkməyi bacarıb. Hal bu ki, bu vəziyyət onun uşaqlığı boyu yaşıdları tərəfindən kənarda qalmasına səbəb olmuşdu. Gatvech-in ən böyük arzusu yaşadığı bütün çətinliklərə baxmayaraq model olmaq idi.
 
Anası Nyakim hələ balaca olanda Sudanda davam edən müharibə səbəbilə ölkəni tərk etmiş və uşaqları ilə birlikdə Amerikaya köçmüşdü. Onun böyük bacısı köçdən dərhal sonra vəfat etmiş, qardaşında isə uğradığı bıçaqlı hücumun nəticəsində silinməz yara izi qalmışdı.
 
Nyakim, dünyada hər kəsin oxşarlıqları ilə yanaşı, fərqlilikləri də qəbul etməsi fikrini qəbul edərək, sosial şəbəkədəki paylaşımları ilə hər kəsi onu sevməyə və hörmət etməyə sövq edib. O, bu gün dünyaca məşhur brendlərin arxasıyca qaçdığı ən bahalı modellərdən biridir.
 
Aysel Hacızadə
 




 


 


 


 


 


 


 


OXŞAR XƏBƏRLƏR