"Yaşıdlarım arasında ən çox çalışan müğənniyəm" - Kərim

"Yaşıdlarım arasında ən çox çalışan müğənniyəm" - Kərim
MAQAZİN
17:08 16.12.2025
184
"Yaşıdlarımın içində ən çox klip təqdim edən ,ən çox çalışan sənətçi mənən".

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov deyib.

"Tarixin bir günü" verilişində qonaq olan müğənni heç kəslə rəqabət aparmadığını deyib:

"Kərimin öz yeri, öz dəsti-xətti var. Bu günə qədər heç kəslə rəqabət aparmamışam, aparmayacağam da. Öz yaşıdlarım arasında ən çox çalışan, klip, mahnı təqdim edən mənəm.
Bu gün populyarlıq vacib deyil. Yalandan toy qiymətini qaldırmaqla olmur bu iş. Ən əsası odur ki, sənin restoranda təşkilatçı dostun olsun. Onlar müğənniləri toy sahiblərinə baha qiymətə təklif edirlər, razı salırlar. Ona görə də o müğənnilər verilişlərə gəlmir, ehtiyac duymurlar, bilirlər ki, onsuz da toyları olacaq.

Oxuduğu toyların babat yerlərindən elə bir video çarx düzəldib ev yiyəsinin qabağına qoyurlar ki, o da baxanda deyir ki, hə, bu müğənnidən başqası yalandır".

Aysel
OXŞAR XƏBƏRLƏR